Millimizin üzvü Levante-də


İdman 03 İyn 2018 13:34:00 404 0

Millimizin üzvü Levante-də

 Azərbaycan milli komandasının və "Araz" klubunun futzalçısı Everton Kardoso karyerasını İspaniyada davam etdirəcək. Goal.az xəbər verir ki, 31 yaşlı müdafiəçi “Levante” ilə anlaşıb. Qallo ləqəbli oyunçu yeni klubunda 2018/2019 mövsümündə çıxış edəcək. Onun "Araz"la müqaviləsi mayda başa çatıb.

"Növbəti mövsümdə "Levante"də oynayacağam. Klubun məşqçi heyətinə mənə olan inamına görə təşəkkür edirəm", - deyə təcrübəli futzalçı bildirib.

Qeyd edək ki, 2016-cı ilin yayında "Araz"a cəlb edilən Qallo indiyə qədər 10 rəsmi oyunda millinin formasını geyinib.