Mingəçevirdə qanunsuz silah-sursat aşkarlanıb


Digərləri 03 İyn 2018 13:03:00 262 0

Mingəçevirdə qanunsuz silah-sursat aşkarlanıb

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən Mingəçevir sakinindən qanunsuz saxlanılan silah-sursat aşkarlanaraq götürülmüşdür.

Bakı. Trend-in DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumatına əsasən, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Vaqif Hüseynov şəhər ərazisində şübhəli şəxs qismində saxlanılmış və Polis Şöbəsinə gətirilmişdir. Şəxsi axtarış zamanı onun üzərindən bir ədəd kustar üsulla lüləsi kəsilmiş odlu silah və əlində olan sellofan torbadakı qutunun içərisindən 357 ədəd pulemyot gülləsi və 20 ədəd 7,62 mm-lik avtomat Kalaşnikov gülləsi aşkar olunaraq götürülmüşdür. Faktla bağlı ŞPŞ-də araşdırma aparılır.