Bəşər Əsəd Kimlə görüşmək istəyir


Dünya 03 İyn 2018 11:20:24 254 0

Bəşər Əsəd  Kimlə görüşmək istəyir

Suriya prezidenti Bəşər Əsəd KXDR-ə rəsmi səfər etmək və ölkə lideri Kim Çen In ilə görüşmək niyyətində olduğunu bildirib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi "Rodong Sinmun" qəzeti yazıb.

Bildirilir ki, Əsəd müvafiq bəyanatla mayın 30-da KXDR-in Suriyadakı yeni səfirinin etimadnaməsini qəbul edən zamanı çıxış edib.