Magistratura pilləsininə qəbul imtahanının ikinci mərhələsi keçirilir


Digərləri 03 İyn 2018 10:53:00 280 0

Magistratura pilləsininə qəbul imtahanının ikinci mərhələsi keçirilir

Bu gün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və AMEA-nın magistratura pilləsinə qəbul imtahanının ikinci mərhələsi keçirilir.

Bakı. Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata əsasən, bu gün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və AMEA-nın magistratura pilləsinə qəbul imtahanının ikinci mərhələsi keçirilir. İmtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə 25 imtahan binasında aparılır. İmtahan bütün binalarda eyni vaxtda – saat 12:00-da başlanır və sualların cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılır.