Kişinyovda növbədənkənar seçkilər başladı


Dünya 03 İyn 2018 10:47:34 266 0

Kişinyovda növbədənkənar seçkilər başladı

Bazar günü Kişinyovda yerli hakimiyyət orqanlarına növbədənkənar seçkilər başladı, seçki məntəqələri yerli vaxtla saat 07.00-da açıldı.

Son.az Trend-ə istinadən xəbər verir ki, Moldova qanunvericiliyinə uyğun olaraq, ikinci tur birinci turdan iki həftə sonra keçirilməlidir. Bu dəfə seçkilərdə iştirak həddi olmayacaq, səsvermə istənilən halda baş tutmuş sayılacaq. Ən çox səs qazanacaq olan qalib olacaq.

İkinci tura Moldova prezidentinin keçmiş müşaviri İon Çeban (paytaxtın şəhər şurasında Sosialist fraksiasının sədri) və Andrey Nestase - "Platform" qürur və həqiqət" partiyasının lideri vəsiqə qazandılar.

Seçki məntəqələri saat 20.00-da (21:00 Bakı) bağlanacaq.