"Azarkeşlərin milli üzvlərini fitə tutması məni əsəbləşdirir"
İdman 03 İyn 2018 10:49:00 306 0
Fransa millisi və Bayern Munchen-in yarımmüdafiəçisi Korenten Tolisso İtaliya ilə yoldaşlıq oyunundan (3:1) sonra açıqlama verib. Goal.az xəbər verir ki, 23 yaşlı havbek azarkeşlərin komanda yoldaşlarına münasibətindən narazılığını dilə gətirib.
"Hansı şəhərdə oynasaq da, biz milli komandayıq. Hər birimiz Fransanı təmsil edirik. Azarkeşlər bizi dəstəkləmək üçün stadiona gəlir. Amma azarkeşlərin milli üzvlərini fitə tutması məni əsəbləşdirir. Bu hərəkəti Tovenə qarşı etdilər. Pol Poqba çox yaxşı oynadı. Onun fitə tutulması xoşagəlməzdir. Poqbanın yerində olmaq istəməzdim. Fanatlar bunu anlamalıdır. Hamımız eyni gəmidə üzürük və birlikdə olmalıyıq".
Mənbə: goal.az