Qanunsuz silah gəzdirən şəxs tutuldu


Kriminal 03 İyn 2018 10:22:35 271 0

Qanunsuz silah gəzdirən şəxs tutuldu

Mingəçevir şəhər sakini qanunsuz silah gəzdirdiyi üçün saxlanılıb.

Son.az-ın report-a istinadən məlumatına görə, şəhər polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 41 yaşlı Vaqif Hüseynov saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman 1 ədəd 12 kalibrli, lüləsi kustar üsulla kəsilmiş odlu silah, 357 ədəd pulemyot mərmisinin olduğu sink qutu və 20 ədəd avtomat mərmisi aşkarlanaraq götürülüb.