Rusiya mayda OPEC-lə neft hasilatının azaldılması üzrə sazişi 95% icra edib


İqtisadiyyat 03 İyn 2018 08:46:06 373 0

Rusiya mayda OPEC-lə neft hasilatının azaldılması üzrə sazişi 95% icra edib

Novak: "Moskva neft bazarında balansın saxlanmasına tam sadiqdir"

Rusiya may ayında OPEC+ ölkələri ilə neft hasilatının azaldılması üzrə sazişi 95% yerinə yetirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Rusiyanın energetika naziri Aleksandr Novak deyib.

"Rusiya mayda hasilatın 95% azaldılması səviyyəsinə çatıb. Rusiya neft bazarında balansın saxlanmasına tam sadiqdir", - deyə o bildirib.