Nigeriyada silahlılar kəndə hücum edib: 15 ölü


Dünya 03 İyn 2018 08:42:00 379 0

Nigeriyada silahlılar kəndə hücum edib: 15 ölü

Bir qrup silahlı şəxs Nigeriyanın Zamfara ştatında kəndin sakinlərinə hücum edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, u barədə ştatın polisinin ictimaiyyətlə əlaqələr üzrə əməkdaşı Məhəmməd Şexu bildirib.

Onun sözlərinə görə, silahlılar ilk öncə Zakuna kəndinə hücum edərək inəkləri oğurlayıblar. Bir qrup yerli sakin hücum edənlərə qarşı müqavimət göstərib və onlar qaçıb. Lakin daha sonra yenidən hücum edərək 15 nəfəri qətlə yetiriblər.