Monitorinqin nəticələri dəyişmədi


Digərləri 03 İyn 2018 08:48:00 255 0

Monitorinqin nəticələri dəyişmədi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə may ayında növbəti monitorinq həyata keçirib.

Son.az bildirir ki, monitorinqin nəticələri ilə bağlı Trend-ə verilən məlumata görə, may ayının III ongünlüyündə Kür çayında suyun sərfi may ayının II ongünlüyünə nisbətən 88 m3/san azalaraq 339 m3/san təşkil edib.

Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.