15 milyon dollarlıq kinostudiya 1 dollara satılıb


Digərləri 03 İyn 2018 08:28:00 273 0

15 milyon dollarlıq kinostudiya 1 dollara satılıb

Nyu-Yorkun Sirakyus şəhərində tikintisi 15 milyon dollara başa gələn kinostudiya binası rəmzi olaraq 1 dollara satılıb.

Son.az report.az-a istinadən bildirir ki, bu barədə şənbə günü "The New York Times" qəzeti yazıb.

Bildirilir ki, kinostudiya ştat qubernatoru Endryu Kuomonun sevimli layihəsi olub. O, kinostudiyanın Hollivud kimi gələcəyinin olacağına ümid etsə də, orada bir dənə də olsun əhəmiyyətli film çəkilməyib.