İsrail Qəzza zolağından atılan daha bir raketi vurub


Dünya 03 İyn 2018 08:26:00 268 0

İsrail Qəzza zolağından atılan daha bir raketi vurub

İsrail hava hücumundan müdafiə sistemi Qəzza zolağından atılan daha bir raketi vurub.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə İsrail ordusunun mətbuat xidmətinin Twitter səhifəsində yerləşdirilən məlumatda deyilir.

Məlumatda bildirilir: "Sderot şəhəri və Şaar-xa-Neqev regional şura yaxınlıqlarında sirenal haqqında məlumatlardan sonra Qəzza zolağından İsrail ərazisinə daha bir raketin atıldığı qeydə alınıb. Raket "Dəmir günbəz" sistemi ilə vurulub".