Adi bir qan testi ilə xərçəngi təyin etmək mümkündür


Digərləri 03 İyn 2018 07:32:00 319 0

Adi bir qan testi ilə xərçəngi təyin etmək mümkündür

Yeni bir qan testi erkən mərhələdə tətbiq edilən bir üsulla ümidverici nəticələr verib.

Son.az xəbər verir ki, aparılan araşdırmalar bəsit bir qan testi ilə xərçəng xəstəliyinin son dərəcə doğru diaqnozunu qoya biləcəyini ortaya çıxarıb.

Xərçəng hüceyrələrinin DNT parçaları üçün qan yoxlanışınıı ehtiva edən texnologiya "Maye Biobsiya" olaraq da adlandırılır. Nəticələr bizi xərçəngin diaqnozu zamanı yeni və daha doğru uğurlar əldə etməyə yaxınlaşdırır.

Hazırda tibbdə xərçəng diaqnozu qoymaq üçün ən yaxşı üsul laboratoriya analizi üçün xərçəng hüceyrələrindən bir qisminin kəsilib üzərində test aparılmasıdır. Ancaq biopsiya ağrılı olur və xərçəng hüceyrələrinin daha da yayılmasına səbəb verir. Əlavə olaraq, nələrisə kəsmək üçün həmin şişin mövcud olması lazımdır ki, bu da artıq xərçəngin mövcud olması deməkdir.

Buna görə elm adamları daha erkən diaqnoz qoymaq ümidi ilə hər hansı bir cərrahi əməliyyata ehtiyac duymadan da eyni nəticələri verə bilən bir qan testi üzərində işləyiblər. Hüceyrələr tərəfindən qan dövranına daxil edilən DNT parçalarına diqqət yetirdikdə qan ilə xərçəngi tapmaq mümkündür. Buna qan dövranındakı xərçəng DNT-si deyilir.

Son illərdə elm adamları xərçəng diaqnozu qoyulan xəstələrdən alınan nümunələrdən istifadə edərək qan dövranındakı xərçəng DNT-lərini təyin etməyin ən yaxşı yolu üzərində işləyiblər.