İsrail Qəzzada hərbi obyektlərə hava zərbəsi endirib


Dünya 03 İyn 2018 04:48:45 309 0

İsrail Qəzzada hərbi obyektlərə hava zərbəsi endirib

Ölən və yaralananlar barədə məlumat yoxdur

İsrail hərbçiləri Qəzza zolağında HƏMAS-ın 10 obyektinə hava zərbəsi endirib.

“Report” xəbər verir ki, bu barədə İsrail ordusunun "Twitter" mikrobloqunda məlumat yerləşdirilib.

"İsrail HHQ-nin təyyarələri Qəzza zolağında HƏMAS qruplaşmasının üç məntəqəsində 10 hədəfə zərbə endirib", — deyə məlumatda bildirilir.

Qeyd olunur ki, hücum Qəzza zolağından atılan raketlərə cavab olub.

Ölən və yaralananlar barədə hələ ki, məlumat yoxdur.