Ramazan ayının səhərləri – duaların qəbul olduğu zamandır


Digərləri 02 İyn 2018 23:45:00 376 0

Ramazan ayının səhərləri – duaların qəbul olduğu zamandır

Ramazan ayı paklanmaq, qəlbin təharətləndiyi aydır. Çünki Allah Təala bu ayda edilən tövbələri başqa aylardan daha çox qəbul edər. Əgər insan bu ayda bağışlanmağı bacarmazsa, ziyan çəkənlərdən olar.

Son.az deyerler.org-a istinadən bildirir ki, Ramazan ayının bütün zamanları fəzilətlidir. Ancaq səhərlərinin xüsusi bərəkət və fəzilətləri vardır. Çünki insan bu zaman Allahla xəlvət edər və hacətlərini deyən zaman diqqəti tək Rəbbində olar.

İbn Tavus nəql edir ki, Ramazan ayı gəlib çatan zaman Peyğəmbərin (s) üzünün rəngi dəyişərdi. Çoxlu namaz qılar və dua edərdi. Bu ayın son on günündə gecələri oyaq qalar və ibadətlə məşğul olardı.

İmam Baqir (ə) buyurur: "Səhər zamanında dua edin. Çünki bu saatda səmanın qapıları açılar, bu zamanda ruzi bölünər, böyük hacətlər bu zamanda yerinə yetər".