“Apple” işçilərinin maaşları nə qədərdir? SİYAHI


Digərləri 02 İyn 2018 23:35:00 285 0

“Apple” işçilərinin maaşları nə qədərdir?  SİYAHI

Dünyanın ən böyük şirkətlərindən olan "Apple" işçilərinə təqdim etdiyi sosial imkanlarla bərabər yüksək əmək haqqlarla da diqqət mərkəzindədir.

Son.az moneta.az-a istinadən bildirir ki, əsasən, kodlaşdırma və marketinq sahəsində işləyənlər arasında ən populyar şirkətlərdən biri olan "Apple" bu populyarlığını təqdim etdiyi imkanlara borcludur.

Beləliklə, "Apple" işçilərinin ortalama illik maaşları:

1. Avadanlıq mühəndisi: 157 min 780 dollar

2. Aparıcı Dizayn Mühəndisi: 162 min 988 dollar

3. Baş Proqram Mühəndisi: 163 min 212 dollar

4. Satınalma Meneceri: 164 min 998 dollar

5. Baş Marketinq Meneceri: 167 min 133 dollar

6. Proqram İnkişafı Mütəxəssisi: 168 min 692 dollar

7. Böyük Maliyyə Meneceri: 170 min 53 dollar

8. Baş Məhsul Meneceri: 170 min dollar

9. Tətbiq İnkişafı Mühəndisi: 175 min 307 dollar