Suriyada azərbaycanlı İŞİD komandiri öldürülüb


Dünya 02 İyn 2018 23:36:00 327 0

Suriyada azərbaycanlı İŞİD komandiri öldürülüb

Suriyanın İdlib əyalətində İŞİD dəstələrinə kamandanlıq edən azərbaycanlı öldürülüb.

Son.az oxu.az-a istinadən bildirir ki, regionda təhlükəsizliyin təmin edilməsi üçün "Həyat Təhrir Şam" qruplaşması İŞİD-ə qarşı xüsusi əməliyyat keçirib.

Əməliyyat zamanı İdlibin şimalında İŞİD-in gizli düşərgəsi aşkar edilib. Hücum zamanı İŞİD-in bir neçə yüksəkçinli komandirləri öldürülüb.