Nə üçün biz ofisdə fikrimizi cəmləşdirə bilmirik?


Digərləri 02 İyn 2018 23:25:00 286 0

Nə üçün biz ofisdə fikrimizi cəmləşdirə bilmirik?

Bir neçə il əvvəl bir nəfərin işlətdiyi ifadə indi də yadımdadır. O, ofisdə daim fikrinin yayındığından şikayət edir və əlavə edir ki, "buna görə də mən yolun o tayındakı coworking-in müştərisi oldum, burada fikrimi cəmləməyə imkan var".

Open space ofislərinin mənfi təsir edənləri tamamilə dəstəkləməyimə baxmayaraq, onun sözləri mənə qəribə gəldi. Coworking-lərin də iş sahəsi adətən açıq olur.

Son.az banker.az-a istinadən bildirir ki, tədqiqatlar göstərir ki, açıq iş sahələri və arakəsməli ofislərdə işləyənlərin narazılıqlarının əsas səbəbi səs-küydür. Lakin yeni tədqiqatlar göstərir ki, bizi səs-küy deyil, onun mənbəyi narahat edir. Bundan əlavə, müəyyən yüksəklik səviyyəsində həmkarlarımızın söhbətləri, bu söhbətlərdə iştirak etməməyimiz şərti ilə, yaradıcı tapşırıqların yerinə yetirilməsində kömək edə bilər. Yaradıcı tapşırıqların həlli üçün ideal iş mühiti tam sakitlik deyil, sakit səs fonudur. Buna görə də səs-küylü ofisdə deyil, kafedə fikrimizi cəmləşdirmək əhəmiyyətli dərəcədə daha asandır.

Journal of Consumer Research jurnalında nəşr olunmuş araşdırmada müəyyən olunmuşdur ki, fon səs-küyünün müəyyən səviyyəsi yaradıcı təfəkkürü stimullaşdırır. Araşdırmanın iştirakçıları təsadüfi seçimlə dörd qrupa bölünür və onlardan uzaq assosiasiyalar testini (yaradıcı bacarıqları müəyyən etmək üçün geniş istifadə olunur: test zamanı ilk baxışdan təsadüfi seçilmiş sözlər arasında əlqəni tapmaq tələb olunur) etmək xahiş olunur. Qrupların üzvləri tam sakitlikdən 50, 70 və 85 dB-yə qədər fon səsinin müxtəlif səviyyələrinə məruz qalırlar. Qruplardakı nəticələr arasındakı fərq o qədər də böyük olmur, lakin 70 dB (kafedəki söhbətlərin səs səviyyəsinə daha yaxın) hündürlüyündə səs eşidən iştirakçılar testin öhdəsindən digərlərindən əhəmiyyətli dərəcədə daha yaxşı gəlirlər. Beləliklə, güman etmək olar ki, bizim yaradıcı düşünmə bacarığımıza nə tam sakitlik, nə də səs-küy təsir edir. 70 dB yüksəkliyində səs eşidən təcrübə iştirakçıların yüksək nəticə göstərmələri sübut edir ki, düzgün səs səviyyəsi (nə çox hündür, nə də tam sakitlik) yaradıcı düşüncəni stimullaşdıra bilər. O, adi düşüncə tərzini pozur və fikrimizi cəmləyərək işləməyə imkan verərək təsəvvürümüzü işə salmağa kömək edir. Belə vəziyyət daha çox yaradıcı tapşırıqlar yerinə yetirilərkən əlverişlidir. Tədqiqatçılar bildirir ki, "nisbətən səs-küylü mühitdə olduqda beynimizin abstrakt düşüncəsini stimullaşdırırıq və onu yaradıcı həll yolları tapmağa vadar edirik".