Hörümçək toru ilə xərçəng müalicəsi


Digərləri 02 İyn 2018 23:15:00 375 0

Hörümçək toru ilə xərçəng müalicəsi

Tibb fakültəsinin tələbəsi Nur Özkan, universitetlər arasında təşkil edilən yarışmada, "Hörümçək torunun anti xərçəng təsiri" kəşfilə mükafat qazandı. O, öz layihəsində, hörümçək torundan əldə edilən maddənin xərçəng hüceyrələrini öldürdüyünü göstərdi. Özkan bu layihə üçün nənəsindən ilham aldığını söyləyir.

Son.az deyerler.org-a istinadən bildirir ki, Türk Patent və Marka Təşkilatın tərəfindən universitetlər arasında təşkil edilən yarışmada mükafat qazanan Nur Özkan ixtirası barədə belə deyib: "Hörümçək torundan əldə etdiyimiz ekstratlar xərçəng hüceyrələrini öldürür. Mən uşaq ikən nənəm yaralarını yaxşılaşdırmaq üçün hörümçək toru istifadə edərdi. O zamanlar ona, " belə etmə, mikrob düşər", deyərdim. O da, "sən bilməzsən, yaxşı təsir edir", deyə cavab verərdi. Bunun, necə yaxşı təsir etdiyini, uzun illər düşündüm. Universitetdə təbii maddələrin xərçəng üzərindəki təsirini araşdırdım və bu mövzuda mütəxəssis olan bir müəllimimizə hörümçək torundan bəhs etdim. Müəllim mənə, "əgər yaranın yaxşılaşmasını təmin edirsə, anti xərçəng xüsusiyyəti də ola bilər", dedi və biz işlərə başladıq. Böyürtkən kollarının üzərindən hörümçək torları toplamaqla işə başladıq. Bir cövhər əldə etməyi bacardıq. Son dərəcə zəngin, hüceyrə yeniləyici, antioksidant və anti xərçəng maddələri və tərkibləri ehtiva etdiyini təyin etdik. Xərçəng hüceyrələrinə tətbiq etdik və gördük ki, əldə etdiyimiz cövhər xərçəng hüceyrələrini seçə bilmək xüsusiyyətinə malikdir".