Qocalar yaddaşlarını niyə itirir: Alimlər bunun


Digərləri 02 İyn 2018 23:17:00 315 0

Qocalar yaddaşlarını niyə itirir: Alimlər bunun

ABŞ-ın Templ Universitetindən Syuzen Pattersonun rəhbərlik etdiyi qrup bu qənaətə gəlib ki, infeksiyalar yaşlı insanlarda çox güclü bir immunitet reaksiyasına səbəb ola bilir, bu isə beyin sahəsinin işini pozur.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, alimlərin sözlərinə görə, yaşlandıqca yaddaşımız heç də həmişə tədricən zəifləmir. Bir çox hallarda lap yaxın zamanlarda özünü yaxşı hiss edən yaşlı adamlar ağır infeksion xəstəlikdən sonra dərhal aydın düşünmək qabiliyyətlərini itirirlər və hallüsinasiyalara qapılırlar.

Bu cür hallar isə Alsheymer və Parkinson xəstəlikləri kimi adi qocalmanın "klassik" patologiyalarından daha pisdir. Tədqiqatçılar bu boşluğu mümkün qədər doldurmağa qərar veriblər.

Siçovullar üzərində genetik xətt üzrə aparılan eksperiment nəticəsində məlum olub ki, koqnitiv pozuntular adətən cavanlıqda deyil, qocalıqda daha aydın şəkildə özünü biruzə verir. Eksperimentlər 3 aylıq və 2 illik gəmiricilər arasında keçirilib. İki il siçovullar üçün qocalıq dövrü sayılır.

İnfeksiyalar yaşlı gəmiriciləri demək olar ki, dəli edib. Onlar labirintdən çıxmaq qabiliyyətlərini itiriblər, divara dəyiblər və özlərini tamamilə qəribə aparıblar.

Belə vəziyyət 8 gündən 14 günədək davam edib. Alimlərin fikrincə, bu hal çox güclü immun cavabdır. Biokimyəvi reaksiyaların kompleks zənciri beynin neyrotrofik amil səviyyəsində azalmasına gətirib çıxarıb. Bu, zülalın sinir sisteminin funksiyasında vacib rol oynadığının təsdiqidir. Xüsusilə, qısa müddətli xatirələri uzunmüddətli xatirələrə çevirmək üçün hipokampa (beynin insan hafizəsini formalaşdıran hissəsi) ehtiyac var.