Pentaqon Trampın törətdiyi qətliamları etiraf etdi


Dünya 02 İyn 2018 23:18:00 300 0

Pentaqon Trampın törətdiyi qətliamları etiraf etdi

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) prezident Donald Trampın keçirdiyi hərbi əməliyyatlarda 500-ə yaxın mülki şəxsin öldüyünü açıqlayıb

.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, Pentaqon ötən il keçirilən hərbi əməliyyatlar ilə bağlı Konqresə hesabat təqdim edib. Hesabatda deyilir ki, 2017-ci ildə Donald Trampın prezidentliyi dövründə keçirilən hərbi əməliyyatlarda 500-ə yaxın mülki vətəndaşın həlak olub və təxminən 169 nəfər də yaralanıb.

Hesabata görə, itki və tələfatlar ABŞ ordusunun İraq, Suriya, Əfqanıstan və Yəməndə terror qruplaşmalarına qarşı keçirdiyi əməliyyatlar nəticəsində baş verib.