Onun orucu düzgündürmü?


Digərləri 02 İyn 2018 22:15:00 343 0

Onun orucu düzgündürmü?

Cənabətli şəxs sübh azanına kimi qüsl ala bilmir, niyyət edib oruc tutur. Onun orucu düzgündürmü?

Orucun hökmlərinə görə sübh azanına kimi qəsdən qüsl etmədən cənabətli halda qalmaq günahdır və orucu batil edər. Cünüb olan şəxs hər mümkün vasitə ilə qüsl almalıdır, əgər bu mümkün deyilsə, qüsl əvəzinə təyəmmüm etməlidir. Bu təyəmmüm onun oruc tutmasının icazəli olması üçündür.