185 km/s sürətlə qəzaya uğradı və sağ qaldı VİDEO


Digərləri 02 İyn 2018 22:19:00 259 0

185 km/s sürətlə qəzaya uğradı və sağ qaldı  VİDEO

Sosial şəbəkələrdə yüksək sürətlə hərəkət edən baykerin qəzaya uğraması və sağ qalmasını əks etdirən video böyük müzakirələrə səbəb olub.

Son.az oxu.az-a istinadən bildirir ki, dostları ilə birgə motosiklet yürüşünə çıxmış gənc magistral yolda hərəkət edir.

Müəyyən məqamda o, idarəetməni itirir və 185 km/s saat sürətlə hərəkət edən motosikletdən yıxılır və qəza yerindən 50-60 metrədək məsafədə asfaltın üzərində sürünür.

Lakin xoşbəxtlikdən əynində yalnız gödəkcə, şortlar və yüngül ayaqqabı, başında isə dəbilqə olan motosikletçi sıyrıqlar şəklində yüngül bədən xəsarətləri alıb.


Xəbərə aid video