11 əsas küçədə parklanma qadağan ediləcək VİDEO


Digərləri 02 İyn 2018 22:02:00 232 0

11 əsas küçədə parklanma qadağan ediləcək  VİDEO

Fizuli,Səməd Vurğun, Həsən Əliyev ,Bakıxanov dadaxil olmaqla paytaxdakı11 küçə və prospektdəparklanma qadağan ediləcək. Buna səbəb həmin ərazilərdəki parklanmanın hərəkətə mane olmasıdır. Bakı nəqliyyat agentliyindən bildirilib ki, həmin ərazilərdə əsasən qanunsuz parklanma həyata keçirilir. Bu 11 küçədə parkomatlara rast gəlinsə, onların da yeri dəyişdiriləcək.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, paytaxtın əsas küçələrində hərəkətə mane olan yerlərdə parklanma qadağan ediləcək.

Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri şəhərin əsas arterial damarı hesab edilən 11 küçədə parklanma ilə bağlı vəziyyəti təhlil ediblər. Nəticədə də həmin küçələrdə yol hərəkətinə mane olan yerlərdə parklanmanın qadağan edilməsi barədə qərar qəbul edilib. Bununla bağlı layihə də hazırlanıb.

Agentliyin İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayevin sözlərinə görə, nəqliyyat vasitələrinin nisbətən az olduğu nəzərə alınaraq işlər qarşıdakı yay aylarında həyata keçiriləcək.


Xəbərə aid video