Qasırğa və sel rayonlarda həyatı iflic etdi VİDEO


Digərləri 02 İyn 2018 21:54:00 275 0

Qasırğa və sel rayonlarda həyatı iflic etdi  VİDEO

İsmayıllıya yağangüclü yağışrayona və kəndlərəciddi ziyan vurub, evlərin damları uçub. Bölgəyə yağan leysan yağışları nəticəsində yaranan sel suları Göyçay çayı üzərindəki piyada və avtomobil körpüsünə də ziyan vurub. Çökmə təhlükəsi ilə üzləşmiş Göyçay çayı üzərindəki körpüdə nəqliyyatın hərəkəti dayandırılıb. Sel Oğuzda da ziyanla ötüşüb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, gecə saatlarından başlayaraq İsmayıllı rayonundayağışla müşayət olunangüclü külək fəsadlar törədib.

Diyallı kəndinəbir neçə evin dam örtüyü uçub. Damları uçan evlərin daxilindəki əşyalar,elektrik avadanlıqları və yeni gətirilmiş gəlinin cehizləri dəsu içində qalaraq yararsız vəziyyətə düşüb.

Həyətdəki tövlələrin dam örtüyü də dağılıb,ot bağlamaları istifadəyə yararsız olub. Dəymiş ziyanın aradan qaldırılması üçün işlər aparılır.

Rayonun Xanagah kəndində isə yeni istifadəyə verilənsu anbarında təhlükə yaranıb. Rayonu içməli suilə təmin edən anbarin qoruyucu bəndi selnəticəsində dağılıb. Əraziyə texnikalar cəlb olunub,dagıntılar bərpa olunub.

Göyçay, İsmayıllı, Qəbələ rayonlarına yağan güclü yağışdan sonra əmələ gələn sel suları Göyçay çayında suyun səviyyəsinin xeyli artmasına səbəb olub.


Xəbərə aid video