Ərarvad birləşib həmyerlilərini qarət etdilər VİDEO


Digərləri 02 İyn 2018 21:57:00 304 0

Ərarvad birləşib həmyerlilərini qarət etdilər  VİDEO

Şəmkir sakini həyat yoldaşını da oğurluğa sövq edərək, həmyerlisinin mal-qarasına qənim kəsilib. Ancaq onlar bu istəklərini sonadək reallaşdıra bilməyiblər. Ərlə arvad günün günorta çağı oğurladıqları iribuynuzlu heyvanları ətraf rayonlardan birinə apararkən, polislər tərəfindən saxlanılıblar.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Şəmkir rayon polis şöbəsinə rayon sakini Kəramət Musayevə məxsus 4 baş iribuynuzlu heyvanın oğurlanması barədə müraciət daxil olub. Dərhal əməliyyat axtarış tədbirlərinə başlayan polis əməkdaşları müəyyən ediblər ki, mal-qaranı Seyfəli kənd sakini, əvvəllər məhkum olunmuş Alim Mustafayev və onun həyat yoldaşı, Goranboy sakini Natiqə Orucova oğurlayıb.

Araşdırmalar zamanı aydın olub ki, Alim Mustafayev həyat yoldaşı ilə birlikdə həmyerlisinə məxsus mal-qaranı satış məqsədi ilə oğurlayıb. Onlar oğurluq heyvanları Şəmkirin Abbaslı kəndindən Samux rayonunun Zazalı kəndinədək aparıblar. Amma yolları çox uzana bilməyib. Polis ər-arvadın arzusunu yarım qoyub.

Hazırda fakt üzrə istintaq araşdırmaları davam etdirilir. İstintaqın yekununda ərlə arvadın əməlinə hüquqi qiymət veriləcək.


Xəbərə aid video