Daha bir fəhlə faciəsi: binadan yıxılaraq öldü VİDEO


Digərləri 02 İyn 2018 21:59:00 364 0

Daha bir fəhlə faciəsi: binadan yıxılaraq öldü  VİDEO

Sumqayıtda fəhlə bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, hadisə şəhər ərazisində inşa olunan yaşayış binalarının birində qeydə alınıb.

Sumqayıt şəhər sakini, 1955 -ci il təvəllüdlü Teyyub Hüseynov fəhlə işlədiyi yaşayış binasından yıxılaraq dünyasını dəyişib. Onun meyiti müayinə olunması üçün Sumqayıt şəhər morquna təhvil verilib.

Faktla bağlı baş vermiş hadisənin təfərrüatları araşdırılır.


Xəbərə aid video