Kürdəmirdə minik avtomobili su kanalına düşüb, xəsarət alan var - VİDEO -YENİLƏNİB


Sosial 02 İyn 2018 21:23:00 284 0

Kürdəmirdə minik avtomobili su kanalına düşüb, xəsarət alan var - VİDEO -YENİLƏNİB

Yaralı xəstəxanaya yerləşdirilib

Kürdəmir rayonunda yol qəzası nəticəsində xəsarət alan sürücünün şəxsiyyəti məlum olub.

“Report”un Şirvan bürosunun məlumatına görə, bu, rayonun 1970-ci il təvəllüdlü Sorsor kənd sakini Əmirov Rəhim Mirzəcan oğludur.

O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralının vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Hadisə bu gün axşam saatlarında Ağsu-Bəhramtəpə yolunun Kürdəmir rayonunun Sorsor kəndi ərazisindən keçən hissəsində baş verib. "VAZ-21011" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı su kanalına aşıb.

Faktla bağlı araşdırma aparılır.

***19:11

Kürdəmir. 2 iyun.