Şücaətin 4 mərhələsi. Ən üstün şücaət necə olur?


Digərləri 02 İyn 2018 20:45:00 219 0

Şücaətin 4 mərhələsi. Ən üstün şücaət necə olur?

Şücaət dedikdə, qəlbin qüvvəti nəzərdə tutulur. Yəni, insan qəlbi hər nə qədər güclü olarsa, insan da bir o qədər şücaətli və igid olar.

Şücaət mühüm fəzilətlərdən biri hesab olunur. Quran onu hökumətin əsası hesab edir və ona xüsusi inayətini belə bəyan edir:"Şübhəsiz, Allah Onun yolunda poladdan divar kimi səf çəkib döyüşənləri sevər". ("Səff" 4).

"(Peyğəmbərləri) dedi: "Şübhəsiz, Allah onu sizin üzəriniz(d)ə (hökmranlıq etmək üçün) seçib və ona artıq elm və cismani güc verib. Allah Öz hökmdarlıq və şahlığını istədiyi şəxsə verir. Allah (vücud, qüdrət və rəhmət baxımından) geniş və biləndir"". ("Bəqərə" 247).

Son.az deyerler.org-a istinadən bildirir ki, şücaətin şiddət və zəif cəhətdən mərhələləri vardır. Hər mərhələnin də öz şiddət və zəif dərəcələri vardır. Şücaətin ilk mərhələsi - düşmənə döyüş meydanında qalib gəlməkdir.