Tibb Universitetində ailə həkimi ixtisası üzrə rezidenturaya qəbul keçirilə bilər


Digərləri 02 İyn 2018 20:25:00 403 0

Tibb Universitetində ailə həkimi ixtisası üzrə rezidenturaya qəbul keçirilə bilər

"Regionlarda həkim çatışmazlığı var. Biz çalışırıq təyinatla bu işləri həll edək".

Son.az BBC-yə istinadən bildirir ki, Tibbi Sığorta Agentliyinin şöbə müdiri Şəfayət İsmayılova belə deyib.

Onun sözlərinə görə, 2005-2015-ci illər ərzində ölkədə həkimlərin sayı azalıb. Bu isə pilot seçilən bölgələrdə ailə həkimi layihəsinin tətbiqi üçün əsas problemlərdən biridir.

Şəfayət İsmayılova deyib ki, xüsusilə Yevlax ərazisində həkim sayı azdır.

"Ailə həkimi" layihəsi Yevlax, Mingəçevir və Ağdaşda keçirilir.

Şəfayət İsmayılova deyir ki, hazırda ölkə üzrə bir ailə həkiminin 2500 nəfəri əhatə etməsi nəzərdə tutulur, amma "elə ərazilər var ki, orda 3000-3500 nəfəri bir ailə həkiminə təhkim etməyə" məcbur olublar.

Adambaşına 18 manat