İşğal olunmuş Xankəndidə etirazlar başlayıb VİDEO FOTO


Siyasət 02 İyn 2018 20:13:00 310 0

İşğal olunmuş Xankəndidə etirazlar başlayıb  VİDEO  FOTO

İşğal olunmuş Xankəndinin mərkəzində sakinlər fəaliyyətdə olan güc strukturlarına qarşı etiraz aksiyalarına başlayıb.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə fəallardan biri Tiqran Qriqoryan "Facebook" səhifəsində yazıb.

Etirazçılar şəhərin küçələrindən birini bağlayıblar. Onlar bütün güc strukturlarının istefasını tələb edirlər. Etirazlar dünəndən başlayıb. Belə ki, qondarma rejimin "Milli Təhlükəsizlik Xidmətinin" (MTX) üzvləri iki vətəndaşı döyüb.

Qriqoryan qeyd edir ki, bu cür özbaşnalıqlar dəfələrlə təkrarlanıb.

Yaxın günlərdə də şəhərdə "MTX" əməkdaşları ilə sakinlər arasıda dava olub, nəticədə 15 vətəndaş saxlanılıb.


Xəbərə aid video


Xəbərə aid fotolar