Bakıda quldur tutuldu


Digərləri 02 İyn 2018 19:51:00 302 0

Bakıda quldur tutuldu

Qadına zor tətbiq edərək pulunu alan şəxs saxlanılıb

Nəsimidə soyğunçuluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Son.az Trend-ə istinadən bildirir ki, nazirliyin "102 - Zəng Mərkəzi" Xidmətinə müraciət edən Bakı şəhər sakini E.Əliyeva Nəsimi rayonu ərazisində bir nəfərin zor tərəbiq edərək onun pulunu aldığını bildirib.

Nəsimi RPİ 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla Bülbül prospektindəki mağazaların birində, naməlum şəxsin satıcı işləyən həmin qadına zor tətbiq edərək oradan 100 manat pul apardığı məlum olub.

Əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb və onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Mehdi Soltanov olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.