Göyçay çayı üzərindəki körpü çöküb FOTO


Digərləri 02 İyn 2018 19:56:00 417 0

Göyçay çayı üzərindəki körpü çöküb  FOTO

Bakı-Şamaxı-Yevlax yolunun Göyçay çayı üzərindəki körpü 7 saatdır bağlıdır

Göyçay çayı üzərindəki avtomobil körpüsünün dəmir-beton dayaqları güclü selin təsiri nəticəsində çökmək üzrədir. Onun yanındakı piyada körpüsünü isə sel aparıb.

Son.az APA-ya istinadən xəbər verir ki, Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun Göyçay çayı üzərindən keçən körpüsündə bu gün günorta saatlarında nəqliyyatın hərəkəti dayandırılıb. Hələ də yol açılmayıb. Göyçay şəhərinin bir hissəsində yaşayan insanların və rayonun 30-dan çox kəndinin əhalisinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib.

Selin təsiri nəticəsində çayın üzərindən keçən təbii qaz, elektrik, rabitə və içməli su xətləri qırılıb. Kəndlərə qaz verilişi dayanıb. Hazırda FHN-nin, Göyçay rayon Polis Şöbəsinin əməkdaşları, rayon fövqəladə hallar komissiyasının nümayəndələri hadisə yerindədir.


Xəbərə aid fotolar