Tbilisidə etiraz aksiyası yenidən bərpa olunub


Dünya 02 İyn 2018 19:57:00 342 0

Tbilisidə etiraz aksiyası yenidən bərpa olunub

Son günlər Tbilisidə keçirilən "Məni öldürmə" şüarlı kütləvi aksiya parlamentin binası qarşısında yenidən bərpa olunub.

Son.az APA-ya istinadən xəbər verir ki, yağışlı havaya baxmayaraq, aksiya iştirakçıları parlamentin qarşısına toplaşmağa başlayır.

Aksiyanın əsas tələbi ötən ilin dekabrında qətlə yetirilmiş iki yeniyetmənin işi üzrə istintaqın qeyri-obyektiv aparılmasıdır.