Xalq artisti xəstəxanaya yerləşdirildi


Digərləri 02 İyn 2018 19:00:00 238 0

Xalq artisti xəstəxanaya yerləşdirildi

Xalq artisti, tanınmış diktor Sabir Ələsgərovun səhhətində yenidən problemlər yaranıb. Diktor dünən Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasına aparılıb.

Son.az yenicag.az-a istinadən məlumat verir ki, xalq artisti bu barədə danışıb:

"Dünən xəstəxanada müayinə olundum. Qan analizləri götürüldü. Həkimlər böyrəyimə çirk yığıldığını, orqanizmimin çox zəif olduğunu bildirdilər. İndi evdə müalicə alıram. Həkimlər gəzməyi, hərəkət etməyi məsləhət görür. Amma zəif olduğum üçün çox gəzə bilmirəm. Yaş da öz sözünü deyir".