FHN: Ağsuçayda 4 nəfər xilas edildi


Digərləri 02 İyn 2018 18:10:00 247 0

FHN: Ağsuçayda 4 nəfər xilas edildi

Ağsuçayda köməksiz vəziyyətdə qalan şəxslər xilas edilib.

Son.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şamaxı rayonu, Ağsuçay çayının Qaleybuğurd kəndi ərazisindən keçən hissəsində 4 nəfər "UAZ" markalı minik avtomobilinin içərisində köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Mülki Müdafiə Qoşunlarının müvafiq xilasetmə qüvvələri vətəndaşların xilas olunmasını təmin ediblər.

Əməliyyat başa çatıb.