Hikmət Hacıyev: Rusiyalı həmkarımın şifahi cavabının rəsmi saytda dəyişdirilməsini başa düşə bilmirəm


Digərləri 02 İyn 2018 18:13:00 323 0

Hikmət Hacıyev: Rusiyalı həmkarımın şifahi cavabının rəsmi saytda dəyişdirilməsini başa düşə bilmirəm

Mətbuat katibi olaraq Rusiyadan olan həmkarımın hal-hazırda danışıqlar prosesinin əsl mahiyyətinə uyğun peşəkar və diplomatik şifahi cavabının semantik-linqvistik yolla dəyişdirilməsini başa düşə bilmirəm.

Bakı. Mətbuat katibi olaraq Rusiyadan olan həmkarımın hal-hazırda danışıqlar prosesinin əsl mahiyyətinə uyğun peşəkar və diplomatik şifahi cavabının semantik-linqvistik yolla dəyişdirilməsini başa düşə bilmirəm. Bunu Rusiya xarici işlər nazirliyinin nümayəndəsinin sözlərinin stenoqramının orijinal nitqdən fərqli təqdim olunması ilə əlaqədar Trend-in sorğusuna cavab olaraq XİN-nin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. H.Hacıyev deyib: "Bu ağılasığan və başa düşülən hal deyildir. Trend agentliyi tərəfindən təqdim olunan videoda açıqlamanın Ermənistan baş nazirinin qondarma rejimin danışıqlar tərəfi olması iddiası kontekstində verildiyi və Ermənistan rəhbərliyinin bu addımının qeyri-konstruktiv adlandırıldığı aydın şəkildə görünür. Rusiya XİN-nin rəsmi saytında mətbuat konfransının stenoqramasında isə zəngin rus dilinin imkanlarından istifadə edilərək verilən cavabın guya Trend-in jurnalistinin sualına aid olduğu yazılır.