Qaz borusunu kəsib satan şəxslər saxlanıldı


Digərləri 02 İyn 2018 18:00:00 314 0

Qaz borusunu kəsib satan şəxslər saxlanıldı

Neftçalada qaz xəttini kəsərək oğurlamaqda şübhəli bilinənlər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, mayın 29-da nazirliyin "102-Zəng Mərkəzi" Xidmətinə Neftçala rayonu ərazisində qaz xəttinin bir hissəsinin kəsilərək oğurlanması barədə müraciət daxil olub.

Məlumatla əlaqədar Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla Tatarməhlə kəndi ərazisindəki qaz xəttinin 432 metrlik hissəsinin kəsilərək oğurlandığı məlum olub.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Neftçala rayon sakinləri olan Tərlan Nağıyevin və Talıb Panəliyevin borunu kəsərək ayrı-ayrı sexlərə satdıqları müəyyən edilib.