Parisdə konsert verən azərbaycanlı musiqiçi UNİSEF-ə maddi yardım edib


Digərləri 02 İyn 2018 17:31:22 155 0

Parisdə konsert verən azərbaycanlı musiqiçi UNİSEF-ə maddi yardım edib

O, konsertdən əldə edilən məbləğin yarısını UNİCEF-ə keçirəcəyini bildirib

Fransanın paytaxtı Parisdə azərbaycanlı pianoçu Səidə Zülfüqarovanın konserti keçirilib.

“Report”un Fransa bürosunun məlumatına görə, “İle Saint-Lous“ Teatrında baş tutan konsertdə pianoçu ölməz bəstəkar Qara Qarayevin və dünya klassiklərindən Bethoven, Ravel, Fazil Say, Lisztin əsərlərini səsləndirib.

Münaqişələrdən, aclıqdan, zorakılıqdan əzab çekən uşqların taleyinə biganə qala bilməyən musiqiçi, konsertdən əldə edilən məbləğin yarısını UNİCEF-ə keçirəcəyini bildirib. Konsert zamanı azərbaycanlı musiqiçi ən böyük arzusunun yer üzündə sülhün bərqərar olması və uşaqların heç bir zaman müharibələrin acı nəticələrindən əzab çəkməmələrini arzuladığını bildirib.

Musiqi təhsilinə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında başlayan, daha sonra isə Fransanın məşhur Sarbonna Universitetində musiqişünaslıq ixtisasına yiyələnən pianoçu Səidə Zülfüqarova Azərbaycan musiqisini fransalılara yaxından tanıtdıran və öz peşəkar ifası ilə onlara sevdirən musiqiçilərimizdəndir.