"Azərbaycan həmişə etnik və dini bərabərlik ideyalarını dəstəkləyib"


Siyasət 02 İyn 2018 17:18:00 294 0

"Azərbaycan həmişə etnik və dini bərabərlik ideyalarını dəstəkləyib"

Azərbaycan bütün bəşəriyyətin mədəni dəyərlərinin toplandığı məkan olaraq həmişə multikulturalizm, etnik və dini bərabərlik ideyalarını dəstəkləyib və dəstəkləyir.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə mədəniyyət naziri Əbülfəs Qarayev Bakıda "Avropa Şəhərciyi-2018" festivalının açılış mərasimində deyib.

Ə.Qarayevin sözlərinə görə, Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi ilə birlikdə təşkil edilən tədbir tərəflərin yaxın mədəni və işgüzar əməkdaşlığına yaxşı nümunədir:

"Bu gün ölkəmiz dünyanın müxtəlif yerlərindən olan insanların, müxtəlif dinlərin nümayəndələrinin sülh şəraitində birgə yaşaması üçün məkandır və biz bu prinsiplərə əməl etməyə davam edəcəyik".

Aİ ölkələri ilə əməkdaşlıqdan danışan nazir bildirib ki, tərəflər arasında birgə layihələr ikitərəfli əməkdaşlığın güclənməsinə xidmət edəcək.