BakıAğsu yolunda sürüşmə prosesi yenidən aktivləşdi


Digərləri 02 İyn 2018 17:08:00 248 0

BakıAğsu yolunda sürüşmə prosesi yenidən aktivləşdi

Şamaxı şəhərində, 48-ci A məhəlləsindəki sürüşmə sahəsində torpaq qatı üzərində qeydə alınmış çatların ölçüləri böyüyüb, sürüşmə prosesi aktivləşib.

Son.az bildirir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Ə.Qaralovun sözlərinə görə, may ayı ərzində Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci km-lərində sürüşmə prosesinin bir neçə yerində uçqun-töküntü, axma tipli sürüşmə hadisəsi baş verib. Yolun sol yamac hissəsində çatların və qırılma qaşının parametrləri böyüyüb.

Şamaxının Çabanı, Dədəgünəş sürüşmə sahələrində aktivlik, Muğanlı sürüşmə sahəsində çatların qismən genişlənməsi müşahidə edilib.