Bakı-Ağsu yolunda sürüşmə prosesi yenidən aktivləşib, uçqun baş verib


Digərləri 02 İyn 2018 16:34:00 266 0

Bakı-Ağsu yolunda sürüşmə prosesi yenidən aktivləşib, uçqun baş verib

Şamaxı şəhərində, 48-ci A məhəlləsindəki sürüşmə sahəsində torpaq qatı üzərində qeydə alınmış çatların ölçüləri böyüyüb, sürüşmə prosesi aktivləşib.

Bakı. İlhamə İsabalayeva - Şamaxı şəhərində, 48-ci A məhəlləsindəki sürüşmə sahəsində torpaq qatı üzərində qeydə alınmış çatların ölçüləri böyüyüb, sürüşmə prosesi aktivləşib. Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. Ə.Qaralovun sözlərinə görə, may ayı ərzində Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci km-lərində sürüşmə prosesinin bir neçə yerində uçqun-töküntü, axma tipli sürüşmə hadisəsi baş verib. Yolun sol yamac hissəsində çatların və qırılma qaşının parametrləri böyüyüb.