Göyçay çayı üzərindəki körpüdə nəqliyyatın hərəkəti dayandırıldı


Digərləri 02 İyn 2018 16:01:00 278 0

Göyçay çayı üzərindəki körpüdə nəqliyyatın hərəkəti dayandırıldı

Çökmə təhlükəsi ilə üzləşmiş Göyçay çayı üzərindəki körpüdə nəqliyyatın hərəkəti dayandırılıb.

Son.az APA-ya istinadən bildirir ki, körpünün üzərindən nəqliyyat vasitələrinin keçməsinə icazə verilmir. Hələ ki körpüdən insanların fərdi şəkildə istifadəsinə qadağa qoyulmayıb. 

Körpüdə hərəkətin dayanması ilə əlaqədar Bakı-Şamaxı-Yevlax magistralında böyük tıxac yaranıb. Minlərlə avtomobil yolda qalıb.