DİQQƏT! Qaz balonlarından yalnız burada istifadə edə bilərsiniz VİDEO FOTO


Digərləri 02 İyn 2018 15:48:00 370 0

DİQQƏT! Qaz balonlarından yalnız burada istifadə edə bilərsiniz  VİDEO  FOTO

Qaz balonlarının istifadəsi qanunla qadağan olunmasa da, bəzi məkanlarda istifadəsi yolverilməzdir.

Son.az ARB TV-yə istinadla xəbər verir ki, 2 mərtəbəli binalardan hündür olan yaşayış məntəqələrində maye qaz balonlarından istifadə qəti qadağandır. 

Qaz balonları qaz cihazına "şlanq"la birləşdirilməli və bir hissədən ibarət olmaqla onun uzunluğu 10 metrdən artıq olmamalıdır. Qaz balonlarının istifadəsinə olan bu göstərişə nə dərəcədə əməl olunur? Ümumiyyətlə əməl olunurmu?

Adil Əliyev - Qaz istismarı idarəsinin təhlükəsizlik texnikası üzrə mühəndisi:

"Qaz balonlarından istifadə edən istifadəçilər bilməlidir ki, 2 mərtəbəli binalardan hündür olan yaşayış məntəqələrində maye qaz balonlarının yerləşdirilməsi qəti qadağandır. Balon qaz cihazına "şlanq"la birləşdirilməli və bir hissədən ibarət olmaqla onun uzunluğu 10 metrdən artıq olmamalıdır. Xüsusi yer seçilməli və dəyişdirilməsi zamanı elektrik cihazlarından və istilik mənbələrindən kənara həyata keçirilməlidir".

Bu gün istər məişətdə, istərsə də kafe və restoranlarda maye qaz balonlarından istifadə adi hal alıb. Əksəriyyət qaz balonlarının quraşdırılması və təhlükəsiz istifadə qaydalarına əməl etmir ki, bu da qaz sızmasına, bəzi hallarda isə partlayış və yanğına səbəb olur. 

Hüseynağa Əliyev - Sakin: "Yeməkxanada işlədirsə, evdə işlədirsə insan özünü fikirləşməməlidir. Onun ətrafındakılar əgər partlayış hadisəsi varsa bundan xəsarət ala bilərlər".

Atakişi Abbasov - Sakin: "Reduktorla balon arasında "prokladka" olur. O "prokladka" gərək hər "zapravka" eləyəndə onu dəyişəsən, təzəsini qoyasan. Köhnə olanda orada sızma əmələ gəlir. Partlayış da ondan əmələ gəlir".


Xəbərə aid fotolar