Təhsil Nazirliyi və Velosiped İdmanı Federasiyası arasında memorandum imzalanıb


Digərləri 02 İyn 2018 15:38:59 293 0

Təhsil Nazirliyi və Velosiped İdmanı Federasiyası arasında memorandum imzalanıb

Təhsil Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyası arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Bakı. Təhsil Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyası arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Federasiyadan Trend-ə verilən məlumata görə, memorandumu təhsil nazirinin müavini Firudin Qurbanov və Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti Sahib Ələkbərov imzalayıb. Memorandumun imzalanmasında məqsəd tərəflər arasında 2018-2023-cü illərdə əməkdaşlığın əsas istqamətlərini müəyyənləşdirmək, uşaq və gənclər arasında sağlam həyat tərzini təbliğ etmək, onların asudə vaxtının səmərəli təşkili üçün əlverişli mühit yaratmaq, gəncləri zərərli vərdişlərdən çəkindirmək, ölkənin velosiped idmanı üzrə yığma komandalarına ehtiyat idman qüvvələri hazırlamaq, habelə bu idman növünün kütləviliyini artırmaqdan ibarətdir.