Ronaldo getmək qərarını finaldan əvvəl verib


İdman 02 İyn 2018 15:30:00 255 0

Ronaldo getmək qərarını finaldan əvvəl verib

Real Madrid-in futbolçusu Kriştiano Ronaldo Madrid klubundan ayrılmaq istədiyini Çempionlar Liqasının final oyunundan əvvəl komanda yoldaşlarına deyib.

Goal.az "Marca" nəşrinə istinadən xəbər verir ki, Portuqaliyalı hücumçunun klubdakı vəziyyətin onun üçün çətinləşdiyinə görə bu qərarı verdiyini oyunçulara izah etdiyi bildirilib.

Real Madrid ÇL-nın qalibi olduqdan sonra Ronaldonun gələcəyi ilə bağlı şübhəli açıqlama verməsinin futbolçular üçün gözlənilməz olduğu vurğulanıb. Onların artıq Ronaldonun Real Madrid-dən gedəcəyini həqiqətən düşündükləri yazılıb. Xəbərdə o da qeyd olunub ki, klub rəhbərliyi də Ronaldonun son açıqlamasında narazı olsa da, sakitliyini qoruyur.

Xatırladaq ki, bundan əvvəl Ronaldonun Real-ın yeni müqavilə təklifindən razı qalmadığı idda edilirdi. Onun  Madrid klubununun Neymarla maraqlanmasından da məmnun qalmadığı bildirilirdi.

Gözlənilmədən Real Madrid-in baş məşqçi postundan istefa verən Zidanın da klub rəhbərliyinin transfer siyasətindən narazılığı əsas səbəb kimi göstərilir.