“Murad Arif deyəndə istəmədim” Ramil Nabranın etirafı VİDEO FOTO


Şou-biznes 02 İyn 2018 15:12:00 417 0

“Murad Arif deyəndə istəmədim”  Ramil Nabranın etirafı  VİDEO  FOTO

Son.az bildirir ki, ARB Ulduz-un "Virtual Həyat" verlişinin növbəti qonaqları müğənni Murad Arif və reper Ramil Nabran olub.

Cütlük yeni proyektləri olan "Oppalara" mahnısından ağız dolusu danışıb:

Murad Arif: "Hamı işdən yorulur və deyir bir az "oppalara" gedim. Biz də həmin mövzunu əsas götürüb, belə bir layihəyə imza atdıq".

Ramil Nabran: "Bu dəqiqə hamı "oppalara" gedir. Tələbələr "oppalara" gedir, ofisdə işləyənlər "oppalara" gedir. "Oppalar" mövsümüdür.

Biz xəyalpərəst dövranın övladları deyilik. Biz artıq yüz ölçüb bir biçən dövran övladlarıyıq. Murad Arif mənə deyəndə bir qədər bu işə girişmək istəmədim. Sonra işbirliyimiz yarandı. Bu gün bu layihəni təqdim etmişiksə, milləti çox sevdiyimizdən etmişik. Aktual məsələdir. Gedək gəzməyə deyə bilərdik, gedək qürbətə deyə bilərdik, ancaq "oppalara" dedik".

Yeni klipin əsl qərb ab-havasında olduğundan danışan ikili yeni mahnılarının bu yayın hiti olacağı iddiasındadır:

Ramil Nabran: "Türkiyədən bizə yazıblar ki, bunu Türkiyədəmi çəkmisiz? Dedim ki, yox. Bunu bizim ölkədə bizim sənətçilər çəkib".


Xəbərə aid fotolar