Meksikada naməlum şəxslər 6 polis əməkdaşını öldürdülər


Dünya 02 İyn 2018 15:18:00 262 0

Meksikada naməlum şəxslər 6 polis əməkdaşını öldürdülər

Meksikanın Salamanka şəhərində 3 naməlum şəxsin yol polis patrul xidmətinin əməkdaşlarına silahlı hücumu nəticəsində 6 asayiş keşikçisi ölüb.

Son.az report-a istinadən xəbər verir ki, polis əməkdaşları patrul xidməti həyata keçirirmiş.

Bildirilib ki, 3 naməlum şəxs xidməti vəzifələrinin icra edən asayiş keşikçilərinin avtomobilini atəşə tutub. Onlar cinayət yerindən qaçıblar. Hücumun motivi məlum deyil.