Aİ Azərbaycanla yeni əməkdaşlıq sazişinin bağlanması üçün yaxın zamanlarda bütün lazımi şərtlərin olacağına ümid edir


Digərləri 02 İyn 2018 15:06:14 202 0

Aİ Azərbaycanla yeni əməkdaşlıq sazişinin bağlanması üçün yaxın zamanlarda bütün lazımi şərtlərin olacağına ümid edir

Tərəfdaşlıq haqqında yeni saziş Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında əməkdaşlıq bazasını yeniləyəcək.

Bakı. Əli Mustafayev - Tərəfdaşlıq haqqında yeni saziş Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında əməkdaşlıq bazasını yeniləyəcək. Bunu Trend-ə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib. Diplomatın sözlərinə görə, yeni sazişin əsas məqsədlərindən biri son iki onillik ərzində dünyada baş vermiş qlobal dəyişikliklərin yenidən qiymətləndirilməsi və bu əməkdaşlığın yeni şərtlərə uyğunlaşmasıdır.