Heydər Əliyev Mərkəzində Yana Melikayeva və Askar Abdrazakovun konserti keçirilib FOTO


Digərləri 02 İyn 2018 14:44:00 264 0

Heydər Əliyev Mərkəzində Yana Melikayeva və Askar Abdrazakovun konserti keçirilib  FOTO

İyunun 1-də Heydər Əliyev Mərkəzində Rusiyanın tanınmış opera müğənniləri Yana Melikayeva və Askar Abdrazakovun konserti keçirilib.

Son.az bildirir ki, Heydər Əliyev Fondundan Trend-ə verilən məlumata görə, tanınmış ifaçıları Əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edib.

Yana Melikayeva və Askar Abdrazakov tamaşaçılara müxtəlif operalardan ariyalar, romanslar təqdim ediblər.

Konsert proqramında Mixail Qlinkanın "Ruslan və Lüdmila" operasından üvertura, Şarl Qunonun "Faust" operasından Mefistofelin kupletləri, Volfqanq Amadey Motsartın "Don Juan" operasından Don Juan və Tserlinanın dueti, Jorj Bizenin "Karmen" operasından Xabaneranın ariyası, "Segidilya", Sergey Raxmaninovun "Aleko" operasından Alekonun kavatinası ifa olunub.

Müğənnilər, həmçinin Vinçentso di Kyaranın "İspan bolerosu", Aqustin Laranın "Qranada", Aleksandra Paxmutovanın "Tı moya melodiya", "Bremen musiqiçiləri" filmindən Gennadi Qladkovun "Luç solntsa zolotoqo" mahnılarını təqdim ediblər.


Xəbərə aid fotolar